Ruhanidən Əliyevə məktub: "Dostluq və qardaşlıq münasibətlərimiz əzmlə davam etdiriləcək"

img

12-04-2018 [18:39]


İran Prezidenti Həsən Ruhani prezident seçkilərində qalib gələn İlham Əliyevə təbrik məktubu göndərib.

Mia.az həmin təbrik məktubunu təqdim edir: 

"Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA