Qüdrət Həsənquliyevlə Zahid Oruc İlham Əliyevə zəng etdilər - Təbrik

img

12-04-2018 [14:31]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev prezident İlham Əliyevə zəng edib.

BAXCP-nin Seçki Qərargahından verilən məlumata görə, Q. Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.

***

Zahid Oruc prezident İlham Əliyevə telefonla zəng edib.

Mia.az-ın məlumatına görə, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərinin nəticələrinə görə ikinci yeri qazanan Zahid Oruc yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi telefonla təbrik edərək, ölkə başçısının inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA