“Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq” - MSK

img

12-04-2018 [10:50]


Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş Prezident seçkilərininə aprelin 21-dək yekun vuracaq.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli "Report”a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: "Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA