"Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası..." - Qüdrət Həsənquliyevdən münasibət

img

11-04-2018 [23:39]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayıb.

BAXCP-dın Mia.az-a daxil olan açıqlamada Q.Həsənquliyev yeni seçilən prezididenti təbrik edib və istəyini çatdırıb: 

"Prezident seçkiləri ilə bağlı keçirilən "exit-poll"arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.

İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA