“Elə bir şəxsin qalibiyyəti gərəkdir ki, düşmənçilik aradan qalxsın" - Prezidentliyə namizəd

img

11-04-2018 [12:44]


"Bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür. Xalqımızın bu gündən gözləntiləri var”.

Bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Zahid Oruc deyib.

O bildirib ki, ilk növbədə, vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti əsas məsələ olmalıdır: "Seçkilərin yekunlarından çıxan nəticə bu olmalıdır. Çünki insanların gözləntiləri var. Azərbaycan dövləti ötən illər ərzində böyük yol keçib. Hamımızın imkanı var ki, bu dövrü düzgün dəyərləndirək.

Bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi təmin etsin, dövlətimizin həyatında davam edən inkişafın davamlılığını təmin etsin, siyasi qüvvələr arasında olan düşmənçilik, eləcə də qarşılıqlı ittihamlar aradan qalxsın. Eyni zamanda, dünyada mürəkkəb vəziyyətlərin Azərbaycana təsiri minimuma ensin. Əminəm ki, belə də olacaq və bunun üçün əsaslarımız var”.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA