"Hazırda heç bir təhlükə yoxdur" - DTX sədrindən seçki açıqlaması

img

11-04-2018 [09:56]


"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".

Mia.az xəbər verir ki, bunu "Report”un sualını cavablandıran Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir. Seçki aktiv gedir. İnsanlar gəlib öz siyasi iradəsini bildirirlər. Biz xoşbəxt adamlarıq. Azərbaycan dünyada tanınır. Prezident İlham Əliyev aprelin 9-da öz fikirlərini və gələcək proqramını söylədi. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilir".

Qeyd edək ki, hazırda ölkədə Prezident seçkiləri keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA