Frankfurtda Rumıniya yazıçısının Azərbaycan haqqında kitabının təqdimatı keçiriləcəkdir

img

04-10-2010 [05:42]


7 oktyabr 2010-cu ildə Almaniyanın Frankfurt şəhərində hər il təşkil olunan Beynəlxalq Kitab Yarmarkasında tanınmış rumın yazıçısı və dramaturqu, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın müəllifi olduğu ?Azərbaycan ? canlı alov? (?Azerbaijan ? The Living Flame?) kitabının təqdimat mərasimi keçiriləcəkdir. Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə (alman, ingilis və rumın) çap olunmuş kitab Rumıniya Mədəniyyət Nazirliyinin təşkil etdiyi stenddə nümayiş etdiriləcəkdir. Kitabda müəllifin Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlarla yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumatlar öz əksini tapmışdır. Kitabın sonuna H.Qırbyanın müəllifi olduğu Şuşa, Xocalı soyqırımı və Quba məzarlığı haqqında şeirlər əlavə olunmuşdur. Eyni zamanda oktyabrın 15-də kitabın təqdimat mərasimi ilə bağlı Rumıniyanın ?TVR Cultural? televiziya kanalında Buxarest Yazıçılar Assosiasiyasının sədri H.Qırbyanın iştirakı ilə veriliş efirə gedəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA