Prezident seçkilərində təşviqat başa çatdı – Bu gün "sükut günü" elan olunur

img

10-04-2018 [08:59]


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başa çatır və ölkədə "sükut günü” elan edilir.

Mia.azxəbər verir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA