"Prezident seçkisinə müdaxilə olmayacağını demək sadəlövhlük olar" - Məzahir Pənahov

img

09-04-2018 [13:50]


"Azərbaycanda Prezident seçkisinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı".

Bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov deyib.

"Təəssüf hissi ilə bildiririk ki, cəhdlər, müdaxilə arzusu, bugünkü dünyanın bir reallığına çevrilib", - M.Pənahov deyib.

Eyni zamanda seçki prosesinə müdaxilə etməyə çalışanlara Komissiya sədri buna cəhd etməməyi məsləhət görüb. O, qeyd edib ki, əvvəlki illərdə belə cəhdlər uğursuz oldu, çünki onların vacib amil hesab edilən sosial bazası yox idi.

MSK sədri bildirib ki, seçki kampaniyası zamanı qurum ciddi pozuntular qeydə almayıb.

Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA