"Qiymət artımı sosial gərginliyin artmasına təsir edəcək" - ATP iclas çağırdı, Qüdrət Həsənquliyevə dəstək verdi

img

09-04-2018 [10:41]


Azərbaycan Təkamül Partiyasının (ATP) sədri Teyyub Qənioğlunun sədrliyi ilə  Mərkəzi Şuranın (MŞ) Siyasi Bürosunun iclası keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkilərində partiyanın iştirakı ilə bağlı məsələlər müzakirə edilib.

Teyyub Qənioğlu ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib, 2015-ci ildə manatın 2 dəfə kəskin devalvasiyasından sonra istehlak mallarının qiymətlərinin  artması meylinin davam etdiyinə,  inflyasiyanın səviyyəsinin artdığına, xalqın yaşayış səviyyəsinin pisləşməkdə davam etdiyinə, müxtəlif kateqoriyalı işçilərin əmək haqqının artırılması səviyyəsinin qiymətlərin artmasına adekvat olmadığına və bunun ölkəmizdə sosial gərginliyin artmasına təsir edə biləcəyinə xüsusi diqqət yetirib. 

Teyyub Qənioğlu ölkədə yaranmış mövcud vəziyyəti nəzərə alaraq əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən daha səmərəli   tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra Prezident seçkiləri müzakirə olunub və seçkilərdə BAXCP-nın namizədi Qüdrət Həsənquliyevin namizədliyinin dəstərklənməsi ilə bağlı qərar qəbul edilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA