09-04-2018 [00:14]
Qoç - Gələn məlumatlar, alınan informasiyalar yoxdur. Prosesə süni təkan verərək hadisələri səbəbsiz şəkildə sürətləndirməyin heç bir mənası yoxdur. Maraqlı təsir bağışlasa da, əlavə iş və ya öhdəlik aramayın. Əsas işi çətinlik çəkmədən görə bilərsiniz.
Günün ikinci yarısında yaşlıların və yaşca sizdən kiçiklərin qayğısına qalın. Yeni işə başlamağa hazır olun. Hazırlıq prosesinə xüsusi diqqət ayırın. Danışıqlar aparın. Maraqlarınızı bölüşən insanları arayın.
Axşam saatlarında qəfil hadisə baş verə bilər. Sizinçün önəmli istiqamətdəki proseslər aktivləşəcək.
Suallara cavab alacaqsınız.
Buğa - Təmaslar, görüşlər və alınan xəbərlərin sayı artacaq. Müzakirələr aparmaq olar. Amma şəraitin sürətlə dəyişən nüanslarını, tərəfdaşlarla şəriklərin niyyətlərini və istəklərini nəzərə alın. Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin.
Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün çox əlverişli zamandır. Ümumi problemləri həll edin. Aktual məsələni həll etmək üçün birgə fəaliyyət əfzəldir.
Ləngiyən layihəni sürətləndirin. Yaxşı sonuclara nail olun.
Əkizlər - Günün ilk yarısında praktik, praqmat olun. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın.
Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin.
Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - Günün ilk yarısında müxtəlif olayların mozaikasında çaş-baş qalmayın. Şəraitə uyğun olaraq planları sürətlə dəyişməyə hazır olun. Uğur qazanmağınıza yalnız ətrafınızda yaşanan hadisələrə həddən artıq emosional münasibət mane ola bilər.
Günün ikinci yarısında tərəfdaşlarla şəriklərin davranış motivlərini araşdırmağa çalışmayın. Öz işinizlə məşğul olun. Yeni tanışlıqlar və sərfəli görüş şansı var.
Qətiyyətli olun, amma çalışdığınız insanın emosiyalarını da nəzərə alın. Axşam saatlarında fərdi perspektivlərinizi dəyərləndirin. Bir qədər eqoizmdə ziyan yoxdur.
Şir - Əla gündür. İşlərinizlə məşğul olmaqla yanaşı, planlarınızı təkmilləşdirməyi unutmayın. Enerji səviyyəniz yüksələcək. Çox işlər görə bilərsiniz. Məqsədə çatmaq üçün şəriklər və tərəfdaşlarla danışıqlar aparın, qüvvə və biliklərinizi tətbiq etmək məqsədilə yeni sahələr arayın.
Günün ikinci yarısında tərəfdaşlarınızla çalışaraq məqsədə çata bilərsiniz. Onlar maraqlarınızı qoruyacaqlar.
Axşam saatlarında evdə oturmayın. Əylənin, istirahət edin. Alış-verişə yollana bilərsiniz.
Qız - Mövqeləriniz aktiv, yaşam prinsipləriniz dəyişməz olmalıdır. Yeniliklər pis deyil. Fərqli, maraqlı fəaliyyət istiqamətni seçə bilərsiniz. Problemlərin həllində yaradıcı, orijinal metodları seçin.
Günün ikinci yarısında ev işlərinə vaxt ayırmağı unutmayın. İslahatlar edin, yaşam arealını bir qədər fərqli formaya salın.
Axşam saatlarında yaxın ünsiyyət, aktiv istirahət və yaradıcılıqla məşğul olmaq mümkündür. Şəxsi münasibətlərdə heç bir problem yoxdur.
Tərəzi - Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa çalışın. Bu, o qədər də çətin deyil. Kollektivdə mühüm xəbər eşidəcəksiniz. Yaxın günlərlə bağlı maddi perspektivlərinizi müəyyənləşdirin. Stavka etdiyiniz işləri konkretləşdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər istisna deyil. Hələlik hər şey ilkin razılaşmalar səviyyəsində olsa da, olayların az sonra alacağı formanı təxminləyin.
Hadisələrin məcrasının ümumi istiqamətini anlayın. Gərəksiz insanlar və mənasız söhbətlərdən uzaq olun. Ümumi maraqlar və ya istəklərinizin olduğu insanlarla danışın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Əqrəb - Şərait gərginləşir. Aldığınız informasiyalara diqqət yetirin. Yazışmada diqqətli olun. Perspektivdə mövqelərinizi möhkəmləndirəcək bəzi detalların aşkarlandığı zamandır. Ünsiyyətdə qarşı tərəfə təzyiq göstərməyin. Güzəştə meylli olun.
Günün ikinci yarısında qarşı tərəflə danışıqlarda məntiqsiz təsir bağışlamayın. Zahiri görünüşünüzə fikir verin.
Axşam saatlarını status baxımından sizə tən insanla keçirin. Yeni hisslər, ideyalar və təəssüratlar olacaq. Ailə üzvlərini sevindirməyə çalışın.
Oxatan - Hadisələr sürətlənir. Tənbəl və süst olmayın. Görüləsi işlərin sayı da artır. Heç nəyi təxirə salmayın, proseslərin adi iştirakçısına dönməyin.
Effektini dərhal görə biləcəyiniz işlər indi xüsusilə aktualdır. Ev işlərindən yaxa qurtarmağa can atmayın.
Ağır fiziki iş istisna deyil.
Günün ikinci yarısında konkret sonuca köklənin. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ifrat gözləntiləri var. Sözlərinizə və hərəkətlərinizə tərəfdaşların verdikləri reaksiyaları diqqətsiz qoymayın.
Neqativ hisslərin əsiri olmayın, impulsiv addımlar atmayın. Mübahisələrə qatılmayın.
Axşam saatları xoş hisslər vəd edir.
Oğlaq - İşləri ertələməyin. Önəmli məsələlərin həllini təxirə salmayın. Problemləri çözmək üçün qarşı tərəflə danışıqlar aparmaq, razılaşmalara nail olmaq gərəkdir. Tərəfdaşlarla münasibətlərinizin ciddi təftişə ehtiyacı var.
Günün ikinci yarısında formalaşan gərginliyi qulaqardına vurmayın. Diqqətli olun, tənqidlərdən inciməyin. Ətrafınızdakı insanları tərifləyin, kollektivdə xoş ab-hava yaratmağa çalışın. Çox işləməkdən qorxmayın.
Şəxsi münasibətlərdə ciddi dəyişiklikləri tələsdirməyin.
Dolça - Bol emosiyalar və təəssüratlar vəd edən zamandır. Sosial baxımdan aktiv olmaq gərəkdir. İnformasiya axtarışına daha çox vaxt ayırın. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın. Dəvət aldığınız görüşə qatılın, danışıqlar aparın.
Günün ikinci yarısında əyləncə və istirahət istəklərinə aludə olmayın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat yaranmalıdır.
Axşam saatları romantik təmaslar üçün əlverişlidir. Dəyər verdiyiniz insanı sevindirin.
Balıqlar - Diqqətiniz bütünlüklə konkret işlərə yönəlməlidir. Bəzi sahələrdə sürətlənmək gərəkdir. Sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni layihəyə başlayın.
Günün ikinci yarısında sizə əməkdaşlıq, tərəfdaşlıq təklif edən insanla aktiv təmasları unutmayın. Yeni ideyalar və təkliflər yaxın gələcəkdə uğur vəd edir. Çaşqınlığa qapılmayın. Ən önəmli saydığınız işi seçərək onunla məşğul olun.
Danışıqlar aparın, şəxsi münasibətlərdəki problemləri həll edin.
Axşam saatlarında gözləntilər, yaxınlarınızın xahişləri istisna deyil.
Milli.az
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR