8 namizədin iştirak etdiyi seçkini nə qədər müşahidəçi izləyəcək?

img

08-04-2018 [18:23]


Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Mia.az-ın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Respublikasında aprelin 11-də keçiriləcək Prezident seçkilərini müşahidə edəcək missiyasının tərkibi açıqlanıb.

Rumıniyalı parlamentari Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya AŞPA-nın 33 nəfərlik deputatı daxildir.
 
ATƏT Parlament Assambleyası da Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə missiyası göndərəcək. 

ATƏT PA-dan verilən məlumata görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək. Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.

Ümumiyyətlə, aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 871 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlar  58 beynəlxalq təşkilat olmaqla, 59 ölkəni təmsil edirlər. 

Ölkə üzrə isə ümumilikdə isə 57 min 534 müşahidəçi qeydiyyatdan keçib. 

Xatırladaq ki, seçkidə 8 namizəd iştirak edir.

Onlar hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən indiki prezident İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, deputat Zahid Oruc, deputat Araz Əlizadə, deputat Fərəc Quliyev, ADP sədri Sərdar Cəlaloğlu, Razi Nurullayev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA