Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi - V qurultay

img

07-04-2018 [16:24]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V qurultayı keçirilib.

Mia.az-ın xəbərinə görə, Qüdrət Həsənquliyev partiyaya sədrlik etdiyi dövrdə görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

O, BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.

Qurultayda BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri - Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli çıxış ediblər.

Sonra BAXCP sədrliyinə seçkilər keçirilib. Q. Həsənquliyev yenidən partiyanın sədri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA