MDB PA-nın müşahidəçiləri sabah Bakıya gələcək - Seçkiləri izləmək üçün

img

07-04-2018 [14:47]


MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaq.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialının mətbuat xidmətindən "Report”a verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın Beynəlxalq Monitorinq İnstitutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA