"BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq lazımdır" - Elmar Məmmədyarov

img

06-04-2018 [18:01]


"BMT sistemində, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu başa düşürük".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayı artırılmalıdır.

"Əlbəttə, BMT dialoq üçün unikal meydandır. Amma bu strukturda islahatlar aparılması ilə bağlı konkret tələblərimiz var", - E.Məmmədyarov bildirib.

"Ölkələr BMT sıralarına qoşularkən onun qərarlarına uyacaqları ilə bağlı üzərlərinə öhdəliklər götürürlər. Lakin bu gün Qarabağla bağlı qətnamə kimi, bir çox digər məsələlərin yerinə yetirilmədiyini görürük", - E.Məmmədyarov əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA