Vasif Talıbov İranın xarici işlər nazirini Naxçıvana dəvət edib - Nələr müzakirə edilib?

img

06-04-2018 [13:21]


 İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 6-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, o, Muxtar Respublikada yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb.

Nazir Naxçivanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb. 

XİN başçısı Naxçıvan şəhər hava limanında jurnalistlərə açıqlamasında deyib ki, səfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçirilir. 

O, İranla və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaxşı mədəni və iqtisadi əməkdaşlıqlarının olduğunu vurğulayıb.

Qeyd edək ki, M.Zərif aprelin 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına qatılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA