"Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq" - Çavuşoğlu

img

05-04-2018 [16:09]


"Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Ancaq bu gün Ermənistan bu məsələyə laqeyddir və prosesi ləngitməyə çalışır".

XİN başçısı Azərbaycan kimi, Türkiyənin də bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırdığını vurğulayıb. M.Çavuşoğlunun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini təmin etmək lazımdır.

Nazir bildirib ki, Bakıda təşkil olunmuş bu cür tədbirlər münaqişəyə dair etibarlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA