ATƏT PA Azərbaycana 40 deputat göndərəcək - Seçkilərlə bağlı

img

05-04-2018 [15:33]


ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə missiyasının tərkibi məlum olub.

ATƏT PA-dan verilən məlumata görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.

Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.

"Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün qürurvericidir. Assambleya həyata keçirilən hər missiyaya böyük əhəmiyyət verir və bütün seçkiləri ATƏT-in 1990-cı ildə qəbul edilmiş Kopenhagen sənədində razılaşdırılmış eyni öhdəliklər əsasında qiymətləndirir", - Marqret Kiner Nellen qeyd edib.

Daha əvvəldən bildirildiyi kimi, ATƏT PA müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) olub/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA