59 ölkədən 871 beynəlxalq müşahidəçi seçkini izləyəcək - MSK

img

05-04-2018 [11:06]


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 871 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O bildirib ki, bunlar 58 beynəlxalq təşkilat olmaqla, 59 ölkəni təmsil edirlər.

Şöbəsinin müdiri deyib ki, ölkə üzrə ümumilikdə 57 min 534 müşahidəçi qeydiyyatdan keçib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA