"Qüdrətə qüdrət verən şəxs Sərdar Cəlaloğlunu yaxşı tanıyır, əgər..." - ADP sədrinin müavini

img

04-04-2018 [17:35]


Xəbər verildiyi kimi, BAXCP sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçkidə alternativi olan  ADP sədri Sərdar Cəlaloğluna qarşı mətbuatda ağır ittihamlar səsləndirib. 

Deyib ki, Sərdar Cəlaloğlu hər ay Prezident Aparatında işləyən bir məmurdan 10 min dollar alır və s.

ADP sədrinin müavini Həsrət Rüstəmov Mia.az-a açıqlamasında Qüdrət Həsənquliyevin ittihamlarını əsassız sayıb: "Qüdrət Həsənquliyev başından və yaşından böyük danışıb. Sərdar bəyin kiçik bir iradı onu niyə bu qədər haldan çıxarıb, bu, anlaşılan deyil. Görünür, Sərdar bəyin bu adamın ən narahat nöqtəsinə toxunub".

Həsrət Rüstəmovun sözlərinə görə, əvvəla Sərdar Cəlaloğlunu az qala otuz ildir tanıyır: "Onun indiyədək ən ağır vəziyyətdə belə boynu bükük görməmişəm. Əksinə ən ağır məqamlarda həmişə onu şux, cəsarətli və sözünü açıq deyən bir şəxsiyyət kimi görmüşük. Hətta həbsxanada olanda belə Sərdar bəy bir gün belə ruhdan düşməyib. 

Digər tərəfdən Qüdrətə qüdrət verən şəxs Sərdar Cəlaloğlunu yaxşı tanıyır,  əgər bəyin ehtiyacı olsa idi Qüdrətin yox, onun yanına gedərdi. Bu açıqlamasım ilə Q.Həsənquliyev ağ yalan uydurmaqda usta olduğunu nümayiş etdirib və indiyədək başqaları haqqında söylədiklərinin də həqiqət olmasına cəmiyyətdə şübhə yaratmaqla, haqlı bir irada səbrli cavab vermək əvəzinə, özünü ifşa etmiş oldu".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA