Azərbaycan Liberal Partiyası bəyanat verdi: "Yol polisindəki rüşvətxorluq, məmur oğurluğu..."

img

03-04-2018 [20:32]


Xəbər verildiyi kimi, Lənkəranda avtoqəza nəticəsində bir ailədən 7 nəfər həlak olub. 

Baş verən faciəli hadisə ilə bağlı Azərbaycan Liberal Partiyası bəyanat verib.

Bəyanatda deyilir ki, ölkədə hər gün baş verən "avtoqəza qırğının” əsas səbəbi gələcək sürücülərin yüksək peşəkar səviyyədə hazırlanmaması, yol polisi əməkdaşlarıın, təpədən dırnağa, həyat tərzinə çevrilmiş rüşvətxorluğu və məmur oğurluğu nəticəsində tikilən yolların keyfiyyətsizliyindədir:

"Məhz polis əməkdaşlarının, yol tikintisinə məsul məmurlarn rüşvətxorluğu, oğurluğu  nəticəsində yol hərəkəti qaydalarını mükəmməl bilməyən insanlara sürücü vəsiqəsi verilir, yol hərəkəti qaydaları heç  bir cəzadan çəkinməyən sürücülər tərəfindən addımbaşına pozulur, 30 il zəmanətlə tikilmiş yollar 2-3 ildən sonra dağılır".

Azərbaycan Liberal Partiyası ölkə rəhbərliyini daxili işlər orqanlarında və yol tikintisində rüşvətxorluğa və büdcə pullarının oğurlanmasına son qoyulmasına, sürücülərin hazırlanmasında, imtahan vermələrində tələbkarlığın, yol hərəkətində qanuni, rüşvətsiz ictimai və dövlət nəzarətinin artırılmasına çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA