BMAM Prezident Seçkilərində Ümumrespublika üzrə müşahidə aparacaq

img

03-04-2018 [10:15]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində Ümumrespublika üzrə müşahidə aparacaq. 

Bununla əlaqədar olaraq artıq Mərkəzin fəal üzvləri və nümayəndələri Mərkəzi Seçki Komissiyasında akreditasiyadan keçib.

BMAM müşahidəçiləri 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində müxtəlif seçki dairə və məntəqələrində seçkilərin gedişini müşahidə edəcək. Seçki başa çatdıqdan sonra isə bütün müşahidəçilərin rəy və yazılı nəticələri toplanaraqseçki ilə bağlı münasibət açıqlanacaq.

BMAM mətbuat katibi Aysel Abbasova



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA