"Bilmirəm o, niyə geri çəkildi, ancaq bu işin axırına çıxacağam" - Deputat hansı məmura xəbərdarlıq etdi?

img

03-04-2018 [00:57]


"Məmurlarımızdan biri ilə öz aramızda danışdıq ki, biz Almaniyada bir tədbir keçirək. Sonra nədənsə həmin məmurumuz bu tədbiri keçirməkdən boyun qaçırtdı. Sadəcə mən də ordakı dostlarımı Soyqırım və Cümhuriyyət ili ilə bağlı tədbirə dəvət etmişdim deyə, başqaları kimi sözümdən qaçmadım. Ona görə də məcburiyyət qarşısında qalıb, söz verdiyim kimi tədbirin keçirilməsinə qərar verdim".

Bu sözləri millət vəkili Adil Əliyev Kölndə keçirilən və "söyüşcül dəstə”nin pozmağa çalışdığı tədbirlə bağlı Musavat.com-a geniş müsahibəsində deyib. 

Deputat sözügedən məmurun geri çəkilmə səbəbini bilmədiyini deyib: "Bilmirəm niyə çəkildi, getmək istəmədi. Mən araşdırıb bu işin axırına çıxacağam. Bəzi məsələləri də desəm, biləcəksiniz söhbət kimdən gedir. Ona görə də istəmirəm, bu mövzuda danışım. Hələlik bu mövzunun üstündən səthi şəkildə keçmək istəyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA