Bu strukturlar gücləndirilmiş rejimə keçdi - Seçkilərə görə

img

02-04-2018 [23:00]


Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, "Aztelekom” və "Bakı Telefon Rabitəsi”nin telekommunikasiya qovşaqlarında müntəzəm növbətçilik təşkil olunub və əməkdaşlar rabitə şəbəkələrinin və seçki məntəqələrində quraşdırılmış kameraların texniki vəziyyətinə baxışı həyata keçirir.

Nazirliyin bütün struktur bölmələrinə rabitə xidmətlərinin, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz işini təmin etmək tapşırılıb. 

Qurum həmçinin təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini və mümkün problemlərin aradan qaldırılması üçün qəza xidmətlərinin hazır vəziyyətə gətirilməsini tapşırıb.

Eyni zamanda Bakıda kabel-kanalizasiya qurğuları infrastrukturunun optimallaşdırılması üzrə işlər və tikinti-montaj işləri rabitə şəbəkələrinin işində fasilələrin yaranmaması üçün müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də baş tutacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA