?Xəzər Lənkəran? AFFA-nın qərarına etiraz edir

img

30-09-2010 [04:08]


?Xəzər Lənkəran? klubu ?Neftçi?ylə oyunda azarkeşlərin yaratdığı insidentə görə AFFA İntizam Komitəsinin kəsdiyi on min manatlıq cəriməni tam ödəmək niyyətində deyil. Qol.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Tuyqun Nadirov qərardakı 7 min manatlıq cərimənin haqsız olduğunu bildirib. Bununla bağlı AFFA-nın Apelyasiya Komitəsinə müraciət edəcəklərini deyən Nadirov hər oyunda onları heç nədən cəzalandırmağa çalışdıqlarını söyləyib: ?Klubumuz hər turda cəriməyə məruz qalır. Bundan öncəki turda - ?Muğan?la qarşılaşmada heç bir əsas olmadan göstərilən altı sarı vərəqəyə görə pul cəzası ilə üzləşmişik. İndi isə guya azarkeşlər arasında ciddi münaqişə düşüb. Oyuna baxanlar görüb ki, heç bir qonaq azarkeşə fiziki təcavüzdən söhbət getmir. O zaman başa düşmürəm, nəyə görə biz buna görə beş min manat ödəməliyik? Azarkeş azarkeşi vurmayıb, döyməyib. Buna görə kəsilən cəzanın özü gülüncdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA