?Qarabağ zikəstəsi? Təbrizi ayağa qaldırdı

img

30-09-2010 [03:59]


İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Təbriz şəhərində möhtəşəm konsert proqramı nümayiş etdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə tamaşaçılar arasında olublar. Konsert Əməkdar Artist Nemət Qasımovun sazda ifa etdiyi ?Misri? aşıq havası ilə başlanmışdır. Təbriz musiqisevərləri əməkdar artistlər ? Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Xalq Artisti Mənsum İbrahimov və Əməkdar Artist Təyyar Bayramovun birlikdə oxuduqları ?Qarabağ şikəstəsi?ni ayaq üstə, alqışlarla qarşılamış, Azərbaycana olan məhəbbətlərini göstərən müxtəlif şüarlar səsləndirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA