Azərbaycan hökuməti Flora Kərimovaya 59 min avro ödəməlidir

img

30-09-2010 [03:52]


Avropa İnsan Haqları Məhkəməsi xalq artisti Flora Kərimovanın iddiasını təmin edib. Bu barədə ?var.az? saytı müğənnin vəkili Fuad Ağayevə istinadən məlumat verib. Qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməlidir. Məbləğin 7 500-ü mənəvi zərərə, 1 600 avro isə çəkdiyi xərclərə görədir. Məlumat Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında dərc olunub. Cəriməyə səbəb sənətçinin 5 il bundan öncə parlament seçkiləri zamanı hüququnun tapdanmasıdır. Ötən parlament seçkilərində ?Azadlıq? siyasi partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən F.Kərimovanın deputatlığa namizədliyi irəli sürülmüşdü. F.Kərimova 35 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə qalib gələrək DSK-nın yekun protokolu ilə deputat seçilsə də, MSK-nın iclasında bilə-bilə düzgün məruzə edilməmiş və nəticə etibarsız hesab edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA