"Bu, təsadüfidir, yoxsa nəyəsə hesablanıb?" - Amaşovdan ATƏT-in Media azadlıgı uzrə nümayəndəsinə etiraz

img

31-03-2018 [22:48]


ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir özünün twitter hesabında ötən gün Fransada güllələnən azərbaycanlı Rahim Namazov və həyat yoldaşı haqda bəyanat yayıb.

Bəyanatda deyilir: "Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu amansız cinayəti törədənlərin və sifarişçilərin müəyyən edilib ədalətə cəlb edilməsi üçün hər şey edilməlidir”.

Mia.az xəbər verir ki, Harlem Desirin bəyanatına Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şərh verib.

O deyib ki, hər şeyin nə vaxtsa aydınlaşacağına, cinayəti törədənlərin məsuliyyətə cəlb ediləcəyinə əmindir: "Bəs nə üçün ATƏT kimi məsul qurumun Media azadlığı üzrə nümayəndəsi olan bir şəxs tələskənlik edir, məhz indi – ölkəmizdə prezident seçkiləri ərəfəsindəki həssas məqamda jurnalistika ilə bağlılığı olmayan birinə qarşı torədilən sui-qəsdə bu sayaq önəm verir, onu mühacir jurnalist kimi təqdim edib baş verənlərdən dərin hiddət hissi keçirdiyini bildirir. Bu, təsadüfidirmi? Yoxsa nəyəsə hesablanıb? Kaş ki, təsadüf olaydı…".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA