Xalq İlham Əliyevə inanır... - Yazıçı-publisist Səxavət Tağlar yazır

img

31-03-2018 [22:30]


Səxavət TAĞLAR,
Əməkdar müəllimi, yazıçı-publisist

****

Ulu öndər Heydər Əliyev öz tükənməz qabliyyət və istedadı ilə siyasi kursunu yaratdı, tarixləşdi və əbədi olaraq xalqımızın yaddaşına hopdu. Siyasi kurs, öndərlik şəxsi məsələ deyil. Bu, artıq milli sərvətdir. Milli mənafeləri, xalqın taleyüklü məsələlərini özündə cəmləşdirən bir sərvət! Şəxsiyyət və fəaliyyəti ilə hər zaman önəmlik aşılayan bir sərvət! Onu qorumaq, gələcək nəsillərə çatdırmaq ən şərəfli bir missiyadır. Ölkə başçısı, cənab ilham Əliyev xalqın dəstəyi ilə bu missiyanı uğurla həyata keçirir.

... Pedaqoqların qənaətincə ailə tərbiyəsini, valideynlərin nümunəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Bu baxımdan ulu öndər Heydər Əliyevin ailəsində böyümüş, onun tərbiyəsini almış cənab İlham Əliyev qarantlıdır, onun hakimiyyəti heç zaman xalqın dəstəyindən kənarda qala bilməz. Necə ki, biz bunun canlı şahidi oluruq!

Günbəgün 11 aprel 2018 ci il tarixə, ölkədə keçiriləçək Preziden seçkilərinə doğru gedirik. Xalqımızın layiqli övladlarının, müxtəlif partiya nümayəndələrinin namizədlikləri irəli sürülüb. İctimai rəylər, aparılan sorğular bir daha təsdiqləyir ki, ən layiqlı namizəd yenə də məhz cənab İlham Əliyevdir. Azərbaycan xalqı bu dəfə də onu Prezident görmək istəyir.


Azərbaycanın elə bir şəhəri, elə bir rayonu, elə bir kəndi, elə bir ailəsi yoxdur ki, Prezident seçkiləri əhval-ruhiyyəsində yaşamasın. Taleyüklü bu siyasi kampaniyada xalqın düzgün və demokratik seçimi hər birmizin həyatı və gələcək fəaliyyəti üçün önəmlidir. Bu seçim ulu öndər Heydər Əliyevin yaratdığı və İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Müstəqil Azərbaycan üçün, onun hər bir vətəndaşı üçün olduqca əhəmiyyətlidir. 

Bir ziyalı, bir pedaqoq, bir yazıçı mövqeyindən İlham Əliyevin hakimiyyəti dövrünə nəzər yetirəndə onunla qoşa addımlayan, Azərbaycan Respublikasının Birinci vitse –prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın uğurlu fəaliyətini də xüsusi qeyd etməliyik. Mehriban xanım Əliyeva təhsilmizin, mədəniyyətimizin, ədəbiyyatımızın, milli müsiqimizin, milli-mənəvi dəyərlərimizin əsl qayğıkeşidir. Həm İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın ulu öndərin irsindən qaynaqlanan fəaliyyətləri bir –birini tamamlayır. Onlar birlikdə daha güclü, daha humanist, daha ədalətli və daha şəffaf görünürlər. Sözün əsl mənasında onların birgə fəaliyyəti xalq sevgisi ilə qarşılanır.

Mən cənab İlham Əliyevin namizədliyini dəstəkləyən bir müəllim kimi, ölkəmizdə təhsilin inkişafından danışamya bilmərəm. Bu inkişaf göz önündədir. Təhsilə göstərilən qayğı, xüsusilə, dövlət qayğısı məqsədyönlü və davamlıdır. 

"Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” deyən Prezidentin fəaliyyətində bu qayğı ana xətt kimi görünür. Yeni məktəb tikintiləri, avadanlıqlarla təminat, eyni zamanda, müxtəlif Dövlət Proqramlarının icrası buna sübutdur.Təhsildə elə bir sahə yoxdur ki, yeniləşmə və uğurlu islahatla əhatə olunmasın.

... Biz imişlilərin, İmişli ziyalılarının, İmişlinin pedaqoji ictimaiyyətinin fikri yekdildir. 11 aprel 2018 ci il tarixdə bu yekdilliyi reallaşdıraraq İlham Əliyevə səs verəcəyik!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA