Milli Şura ilə Müsavat Partiyası Bakıda mitinq keçirib - Paytaxt polisi açıqlama yaydı +FOTO

img

31-03-2018 [17:50]


 Bakı Şəhər Baş Polis İdarəsi bu gün Milli Şura ilə Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionu ərazisində birgə keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən Mia.az-a veirlən məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçiriliblər:

"Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb"

***

Milli Şura ilə Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionu ərazisində birgə mitinq keçirib.

Mia.az xəbər verir ki, mitinq Milli Şura və Müsavat Partiyasının birgə mitinqi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri bunlar olub: "Azad seçki!”, "Monarxiyaya son!”, "Korrupsiyaya yox!”.

Mitinqdə həmçinin "Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunub.

1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı ölkənin bir sıra yerlərində rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb.

İlk çıxışı AXCP sədri Əli Kərimli edib. O, çıxışında əvvəlcə 31 mart soyqrımından danışıb, erməni terrorunu lənətləyib, dünyanı erməni terroruna göz yummaqda ittiham edib.

AXCP sədri1918-ci ilin mart qırğınından danışarkən deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: "Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

Azadlıq Radiosunun məlumatına görə, Əli Kərimli çıxışında həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var: "Onlar bu milləti sevən insanlardır”.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir