"Görəsən, İsa Qəmbəri orada görəndə, hansı hissləri keçirəcək?" - BAXCP funksioneri

img

31-03-2018 [10:53]


Əli Kərimlinin keçirdiyi mitinqlə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı münasibət bildirib.

Bu barədə açıqlama verən partiya sədrinin müavini deyib ki, Müsavat Partiyasının mitinqə qoşulması anlaşılan deyil: 

"Əli Kərimli mitinq təyin edib. Müsavat Partiyası da bu mitinqə qoşulacaq. İsa Qəmbərin səhhəti imkan versə, yəqin ki, o da mitinqə gələcək və Əli Kərimlinin yanında dayanacaq. Mənim üçün çox maraqlıdır, Əli Kərimli yanında prezident seçkilərində namizədliyini xeyrinə götürdüyü Etibar Məmmədovu yox, səsini parçalamağa çalışdığı İsa Qəmbəri görəndə hansı hissləri keçirəcək? Yaxud mitinqdə Əli Kərimliyə çəpik çalan müsavatçıların beynindən hansı fikirlər keçəcək?!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA