Milli Şuranın üzvü ilə Müsavat başqanının müavini polisə çağırıldı - Mitinqlə bağlı xəbərdarlıq

img

30-03-2018 [12:57]


Bu gün Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayor Səhlab Bağırov müxalifətin martın 31-nə təyin olunmuş mitinqinin rəsmi təşkilatçıları olan Milli Şuranın üzvü Vahid Məhərrəmov və Müsavat başqanının müavini Fərəc Kərimlini BŞBPİ-yə dəvət edib.

Bu haqda "Basta”ya məlumat verən Fərəc Kərimli bildirib ki, Səhlab Bağırov martın 31-də keçiriləcək aksiyada Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə nəzərdə tutulmayan şüarların, yaxud təhqiramiz ifadələrin səsləndirilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, BŞİH Milli Şura və Müsavat Partiyasının martın 31-də saat 15:00-da "Məhsul” stadionunda nəzərdə tutduğu aksiya ilə bağlı müraciətə müsbət cavab verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA