"Mən ölən süpürgəçini tanımıram” - Deputat onu təhqir edənlərə cavab verdi

img

29-03-2018 [16:26]


Sosial şəbəkələrdə və bəzi internet resurslarında avtomobil yolunu süpürərkən vurularaq hadisə yerində ölən qadınla bağlı millət vəkili Musa Quliyevin söylədiyi iddia olunan fikirlər müzakirələrə səbəb olub. 

Millət vəkili açıqlamasında "yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır” deyib. 

Sözügedən məsələ ilə bağlı mia.az millət vəkili Musa Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, peşə fəaliyyətində yaş məhdudiyyətindən danışmışam, mən ölən süpürgəçi ilə bağlı heç nə deməmişəm: 

 "Mən o süpürgəçini görməmişəm, onu tanımıram, onun haqda eşitməmişəm. Mənim onunla nə işim var? Mən ölən süpürgəçini tanımıram necə onun haqda fikir söyləyə bilərəm? Mən orda söyləmişəm ki, qəza ola bilər. Qəza cavana, yaşlıya, qadına və ya kişiyə baxmır. Söhbəti avtomobil qəzasının üzərində qurmaq lazımdır. Qadının ya da onun peşəsinin baş verən hadisəyə nə dəxli var? Söhbət avtomobilin idarə olunmasındakı qanun pozuntusundan gedir. O qadın süpürgəçi yox mağazada işləsəydi orda da qəza baş verə, həyatını itirə bilərdi. Onun süpürgəçi olmasının məsələyə nə aidiyyatı var? Diqqət qəzanı törədən sürücüyə və işi araşdıran dövlət orqanına yönəldilməlidir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA