Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədiri Hafiz Hacıyevlə müsahibə - VIDEO

img

28-03-2018 [20:24]


Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədiri Hafiz Hacıyevlə müsahibə - VIDEO

Hafiz Hacıyev 1956-cı ilin mart ayının 6-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1973-cü ildə Zod məktəbini, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 1988-ci ildən biologiya elmləri namizədidir.

2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilmişdir. 2001-ci ilin noyabrında "Müasir Müsavat" qəzetini təsis etmiş, hazırda həmin qəzetin təsisçisi və baş redaktorudur. Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində iştirak etmişdir. 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Müasir Müsavat Partiyasının lideri kimi Hafiz Hacıyev seçki öncəsi təbliğat-təşviqat marafonunda səsləndirdiyi fikirlərinə görə seçiciləri arasında xüsusi rəğbət qazanmışdır.

"Xəbərfakt.Az” İnformasiya Ağentliyinin baş redaktoru Sakit Şirinoğlu ilə Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin maraqlı müsahibəsini sizlərin diqqətinizə təqdim edirik dəyərli oxucularımız.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA