Keçmiş səfirə vəzifə verildi - Təyinat

img

27-03-2018 [15:56]


Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov yeni vəzifəyə təyinat alıb.

Mia.az modern.az-a istinadən xəbər verir ki, keçmiş səfir Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəisi təyin olunub.

Faiq Bağırov sayta açıqlamasında xəbəri təsdiqləyib. "Xəbər doğrudur. Hazırda Konsulluq İdarəsinin rəisi vəzifəsində işləyirəm. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum”.

Qeyd edək ki, Faiq Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında prezident İlham Əliyev F.N.Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Daha əvvəllər isə o, Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA