24-03-2018 [15:59]
- Qüdrət bəy, öncə siyasətə qoşulmağınızdan başlayaq. Peşman deyilsiniz ki?
- Fundamental elmləri çox sevsəm də, uşaqlıq arzum ağır cinayətlərin istintaqını aparan müstəntiq olmaq olub. Amma tələbə olduğum dövrdə xalq hərəkatı başladı və mən də bu prosesdən kənarda qala bilməzdim. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirəndən sonra bir müddət prokurorluq orqanlarında müstəntiq işləsəm də, sonradan böyük siyasətə qatılmalı oldum. Heç kim öz taleyindən qaça bilməz.
"Səmimiyyətinə inanmadığım insanla yollarımı ayırıram”
- Siyasətdə olan insanlarda ən çox hansı keyfiyyətə üstünlük verirsiniz?
- Siyasətdə insanları maraqlar və dəyərlər birləşdirir. Amma təkcə siyasətdə yox, hər bir sahədə səmimiyyət və qarşılıqlı inam olmasa, uğurdan söhbət gedə bilməz. İnsanlara inanmaq və kömək etmək, sevinc və kədərini səni əhatə edənlərlə bölüşməyi bacarmaq lazımdır. Bu o demək deyil ki, kömək etdiyin insanlardan qarşılığını gözləməlisən. Əksi də baş verə bilər və bu zaman ruhdan düşməməlisən. Mən həyatda hətta ən pis formada yolunu azmışlara da, ikinci şans verilməsinin tərəfdarıyam. İnsanlara, xüsusilə ətrafına inanmadan yaşamaq adamın rahat həyatını əlindən ala bilər. Səmimiyyətinə inanmadığım insanla yollarımı ayırıram.
"Utanmadan başqalarına mənəviyyat dərsi keçmək istəyirlər”
- Sizi seçkiyə qatıldığınıza görə ittiham edənlər var. Onlar nə qədər haqlıdırlar?
- Əvvəl, gəlin onların kim olmasına diqqət yetirək. Mühacirətdə olub, söyüş söyərək seçkini boykot edənlərin təhsil, tərbiyə və əqli sağlamlıq problemi var. İndikindən daha ədalətli, hüquqi dövlət quracaqlarını bəyan edənlərin davranışlarınana baxın. Onlar nə deyirlər? "Başlarını kəsəcəyik, terror edəcəyik, partladacağıq…”.
Prezident seçilərəmsə, ilk görəcəyim işlərdən biri İŞİD terrorçularından fərqlənməyən belələrinin Azərbaycana gətirilməsinə nail olub, onları ədalət mühakiməsi qarşısına çıxarmaq olacaq. Qoy, həm də vətəndaşlarımız düşünsün ki, həmin adamlar yaşadıqları ölkənin - Fransanın vətəndaşının başını kəsəcəyini namusuna and içərək bəyan etsəydi, həmin ölkə onunla necə davranardı?!
Söyüş söydürüb, amma özləri söyməyən boykotçuların əksəriyyəti Milli Şurada toplaşıb. Onların liderləri kimlərdir: deputat olarkən pul qarşılığında iqtidardan aldığı sifarişlə kitab yazan və həmin kitabda indiki iqtidarı öyüb göylərə qaldıran, deputat mandatına görə AXCP-dən istefa verib gedən, Mİlli Şuranın utanmadan yalançı sədri olmağa razı olan Cəmil Həsənli. Yaxud prezident seçkilərində Elçibəyin vəzifədən kənarlaşdırılması haqqında qərar layihəsini Milli Məclisə təqdim edən, AMİP-in sədrinin xeyrinə namizədliyini geri götürüb İsa Qəmbərin səsini parçalayan Əli Kərimli. 2000-ci ildə başqa partiyalar qarşısında parlamentə getməyəcəyi barədə yazılı öhdəlik götürüb, amma Müsavatın təşkil etdiyi mitinqə az adam gəldiyini görüb, xanım Lalə Şövkətin özünə sığışdırmadığını məmnuniyyətlə edən və qaçıb Milli Məclisdə oturan kişi Əli Kərimli. Hələ Elçibəyə xəyanət edərək, Gəncə qiyamı zamanı Daxili işlər nazirinin otağından Prezidentdən gizli Naxçıvana Heydər Əliyevə zəng etmələrini demirəm.
İndi bu adamlar əqidədən danışır, utanmadan başqalarına mənəviyyat dərsi keçmək istəyirlər. Seçkiləri boykot etmək onların konstitusion hüququdur, qoy etsinlər. Amma seçkilərdə iştirak etmək hüququndan istifadə edənləri təhqir elətdirib, dərs keçməyə çalışmasınlar.
- Qüdrət bəy seçki platformanızı seçicilərə çatdıra bilirsinizmi?
- İctimai TV-də 7 dəqiqə 30 saniyəyə nə etmək olarsa, onu etməyə çalışırıq. Biz ölkənin xoşbəxt gələcəyini proporsional seçki sistemi əsasında formalaşan parlament idarəçiliyində, tam müstəqil məhkəmə hakimiyyətinin bərqərar olmasında, peşəkar orduda, azad bazar iqtisadiyyatına əsaslanan iqtisadyyatda, elm və təhsilin inkişafında görürük.
- Digər namizədlərin platformaları haqqında nə deyə bilərsiniz?
- Heç nə demək istəmirəm. Xalqımız çalışıb, onların da platformaları ilə tanış olmalı və səsləri ilə qiymət verməlidir.
"Bütün siyasi partiyaların iştirakı ilə komissiya yaradılacaq”
- Prezident seçilsəniz, ilk qəbul edəcəyiniz qərarlar hansılar olacaq?
- İlk qərar milli etimad hökumətinin yaradılması haqqında olacaq. Bu il mərhum prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəyin yubileyləridir. Həmçinin biz Cumhuriyyətin 100 illiyini qeyd edəcəyik. Ona görə növbəti qərar şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunmuş bütün şəxslərin əfv edilməsi ilə bağlı olacaq. Bundan başqa, geniş məhbus dairəsini nəzərdə tutan "Aministiya haqqında” qərar layihəsi Milli Məclisə göndəriləcək. SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatları - Heydər Əliyev başda olmaqla - "İstiqlal" ordeni ilə təltif olunacaqlar. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy də "İstiqlal" ordeni ilə təltif olunacaq. Şəhid ailələrinə, müharibə əlillərinə çatacaq sığorta pulları dərhal ödəniləcək. Bütün qeydiyyatsız səxsi evlər qeydə alınacaq. Kommunikasiya xətləri yanındakı ev sahiblərinə isə torpaq sahəsi veriləcək, onlara kompensasiya ödəniləcək. Qəzalı vəziyyətdə olan binalarda yaşayan bütün qaçqınlar, o cümlədən mənzilə ehtiyacı olan bütün şəhid ailələri, Qarabag əlilləri mənzillə təmin olunacaq. Və bu məqsədlə Neft Fondundan vəsait ayrılacaq. Konstitusiya islahatlarının aparılması üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyaların iştirakı ilə komissiya yaradılacaq. Bundan sonra isə platformada nəzərdə tutlan digər islahatlar həyata keçiriləcək.
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq