AŞPA-nın həmməruzəçiləri Azərbaycana gələcək - Prezident seçkilərini müşahidə üçün

img

22-03-2018 [12:38]


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

"sechki-2018.az"ın məlumatına görə, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir/Trend.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA