Vergilər Naziri 3 idmançını yığmadan uzaqlazdırmaq tapzırığını verib

img

28-09-2010 [03:34]


Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov 74, 84 və 120 kq çəkilərinə yeni idmançıların cəlb edilməsi ilə bağlı xüsusi tapşırıq verib. Bu məlumatı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Federasiyanın rəsmi saytına açıqlamasında bildirib. Fazil Məmmədov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən dünya çempionatında öz imkanlarından aşağı səviyyədə çıxış edən 74, 84 və 120 kq çəki dərəcələrdə çıxış edən idmançıların digərləri ilə əvəz olunması ilə bağlı Federasiyanın vitse-prezidenti Maqomed Aliomarova tapşırıq verib. Namiq Əliyev artıq qısa vaxtda bu məsələyə də aydınlıq gələcəyini və bir neçə yeni idmançı ilə danışıqlar getdiyini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA