Milli Şura mitinq qərarından imtina etdi

img

15-03-2018 [14:36]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib.

Mia.az-ın məlumatına görə, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn isə APA-ya martın 17-də mitinq keçirməyəcəklərini bildirib: "Biz martın 10-na mitinq təyin edəndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Ancaq iki gün sonra əgər martın 10-na razılıq verilməzsə, hər ehtimala 17-si üçün də müraciət etdik. Martın 10-na razılıq verildiyi üçün artıq 17-si mitinq keçirməyəcəyik".

Qeyd edək ki, Milli Şura martın 17-də keçmiş "Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA