"Putin çox kapriz bir şefdir, bəzən tənqidləri..." - Prezident köməkçisi

img

12-03-2018 [22:14]


"Putin kapriz bir şefdir. Tənqidlər isə işin bir parçasıdır".

Bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

"Daha əvvəl də dedik ki, Putin çox kapriz bir insan olmaqla yanaşı, kapriz bir şefdir. Bunlar isə qətiyyən işin normal hissəsidir. İradlar bəzən daha sərt, bəzən daha yumşaq olur. Yəqin ki, rəhbərləri tərəfindən tənqid edilməyən mətbuat sözçüsü yoxdur. Tənqid olunmursa, deməli mətbuat katibi heç nə etmir", - Peskov söyləyib.

Qeyd edək ki, daha öncə Putin Peskov haqqında bunları deyib.

Mətbuat katibim Dimitri Peskov bəzən elə çərənləyir ki, televizorda izləyərkən öz-özümə, "bu adam nə danışır, bu səlahiyyəti ona kim verib?” - deyə fikirləşirəm/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR