12-03-2018 [17:51]
Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə təşkil edilən silsilə tədbirlər martın 10-da başa çatıb.
Mia.az xəbər verir ki, tədbirlərin ikinci günündə Ərzurumun mərkəzində "Azərbaycan bulvarı”nın, "Nuru Paşa bağı”nın və "Yüzüncü il qəhrəmanları” abidəsinin açılışı olub.
"Yüzüncü il qəhrəmanları” abidəsi 1918-ci ildə Bakının azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşa və Mürsəl Paşa, o cümlədən Naxçıvanın xilasında böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşa və erməni silahlı dəstələri ilə mübarizə aparmış, Azərbaycandan Ərzuruma yardıma gəlmiş gəncəli Seyidovun adını əbədiləşdirən xatirə kompleksidir.
Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydəmir və Mustafa İlıcalı, Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) sədri Hikmət Eren, Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayeva, TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş və Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsinin onların xilaskarlıq missiyasının yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Qeyd olunub ki, ötən əsrin əvvəlində xalqlarımıza qarşı amansız soyqırımları törədən erməni silahlılarının zərərsizləşdirilməsi istiqamətində soydaşlarımızın göstərdikləri birlik və həmrəylik nəsillərə örnəkdir.
Eko Avrasiya sədri Hikmət Eren:

"Azərbaycan və Türkiyə arasında beş əsrdə əldə edilmiş uğur və birləşmə, sarsılmaz olan qardaşlıq əlaqəmizin sanki bir dəmir halqaları deməkdir. Bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq bağı daha da, möhkəmlənəcək və yüksələn xətlə inkişaf etməyə davam edəcəkdir. Bizlər də mövcud olan bu əlaqələrə töhfə vermək məqsədilə etmiş olduğumuz missiya adına fəaliyyətlər icra etmək üzrə hal-hazırda, Ərzurumda olmaqdayıq”.
TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş:

"Azərbaycan ilə birgə bir şəkildə bunu etməyimizin səbəbi Azərbaycandakı qardaşlarımız da, eyni Ərzurumdakı insanlar kimi o zaman Erməni zülmünə məruz qalmış 1992-il Xocalı Faciəsində belə bunun əks olunmaları qabarıq bir şəkildə davam etdirilmişdir. Bunun yaxın bir tarixdə aparılmasına baxmayaraq bütün dünya dövlətləri tərəfindən bunun fərqli təqdim edilməsindən dolayı bu keçirəcəyimiz tədbirin çox daha əhəmiyyətli olacağı görünür”.
Mərasim bədii proqramla davam edib.
"Sözümüz Avazımız Bir” devizi altında davam edən Cümhuriyyət şöləninin ikinci günündə Ərzurum valisi Seyfeddin Ezizoğlu, Ərzurum Böyükşəhər bələdiyyə sədri Mehmet Sekmen, TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş, Azərbaycan Ankara böyük elçiliyi müşaviri Ramil Qurbanov, Dünya Azerbaycanlıları Konqresi sədri Asif Qurban, Azərbaycan Cümhuriyyəti Qars baş konsulu Nuri Quliyev, EkoAvrasya dərnəyi sədri Hikmet Eren, Azərbaycan Milli Məclisi deputatı Qənirə Paşayeva, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Kənd təsərrüfatı Nazirliyinin hüquqşünası Akın Karakaya, Azərbaycanlı siyasi elmlər doktoru Əltoğrul İsmayıl bir çox dərnək sədrləri və başqaları iştirak edib.
Ülkər Piriyevanın aparıcılığı ilə keçirilmiş "Sözümüz Avazımız Bir” adlı Cümhuriyyət şölənin 100-cü ili Mədəniyyət və Turizm Nazirliyinin Ankara Türk Dünyası musiqi topluluğunun konsert proqramı "Sarı Gəlin”, "Çırpınırdı Qara Dəniz” ve bir çox Azərbaycan milli musiqiləri ilə davam edib.
Sonda, EkoAvrasiya sədri Hikmet Eren və TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş tərəfindən ödüllər təqdim edilib.
Tədbir Ülkər Piriyevanın yazdığı "Türkün Haqqı” şeirini səsləndirməsi ilə başa çatıb.
Qeyd edək ki, iki gün davam edən tədbirlər Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin (TDƏD) və "Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri ilə bağlı konfrans təşkil edilib.
Ülkər Piriyeva,
Ərzurum






Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR