Müğənni Faiq Ağayevi bıçaqladılar

img

27-09-2010 [10:54]


Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, müğənni bu gün saat 7 radələrində 6 bıçaq yarası ilə xəstəxanaya gətirilib. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb. Müğənni artıq əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti orta-ağırdır. Xəstəxanadan həmçinin bildirildi ki, müğənni ilə yanaşı onun iki mühafizəçisi - Ramin Bayramov və Azər Musayev də bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə baş verəndən sonra Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını sürərək Kliniki Tibbi Mərkəzə gəlib. İlkin məlumata görə, hadisə bu gün səhər saatlarında Nəsimi rayonunda ?Kubinka? adlanan ərazidə baş verib. Hadisənin nə səbəbdən və kimlər tərəfindən törədilməsi hələlik bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA