Cumhuriyyətin yaranması və Ərzurumun erməni işğalından qurtuluşunun 100 illiyi... - Türkiyədə yürüş + FOTO

img

11-03-2018 [22:47]


Türkiyənin Ərzurum şəhərində Azərbaycan Cumhuriyyətinin və Ərzurumun Qurtuluşunun 100-cü İli qeyd olunub. Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasiya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbəsinin birgə keçirdiyi "100-ümüz özümüz bir" adlı proqram Narmanlı Məscidindən İbrahim Erkal Sənət Mərkəzinə qədər təntənəli nümayiş yürüşü ilə başlayıb.

Mia.az xəbər verir ki, yürüşə TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Eko Avrasiya Dərnəyi sədri Hikmet Eren, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Ak Partiya Ərzurum Millət Vəkili İbrahim Aydemir, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və çox sayda vətəndaş qatılıb. 

Yürüşün ardından İbrahim Erkal İncəsənət Mərkəzində "100-müz Özümüz Bir" adlı tədbir keçirilib. Mərasim şehidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ve ardından Türkiyə və Azərbaycan Cümhuriyyetlərinin himnlərinin səsləndirilməsi ilə başlayıb.

"100-müz özümüz Bir” devizi altında keçirilən Cümhuriyyət şöləninə Erzurum valisi Seyfeddin Ezizoğlu, Ərzurum Böyükşəhər bələdiyyə sədri Mehmet Sekmen, TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş, Azərbaycan Ankara səfriliyinin Ramil Qurbanov, Dünya Azerbaycanlıları Konqresi sədri Asif Qurban, Azərbaycan Cümhuriyyəti Qars baş konsulu Nuri Quliyev, EkoAvrasya dərnəyi sədri Hikmet Eren, Azərbaycan Milli Məclisi deputatı Qenirə Paşayeva, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Akpartiya bölgə sədri Mehmet Emin Öz və başqaları iştirak edib.

Toplantının açılış çıxışını edən TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Ərzurumun taleyi ile Azərbaycanın taleyinin bir çox cəhətdən ortaq olduğuna diqqət çəkib. TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş çıxışına belə davam edib: "İllərdir ifadə edirik, Ərzurum sadəcə, bir şəhər deyil, vətəndir. Prof.Dr. Murat Küçükuğurlunun son müşahidələrinə görə, Ərzurumun ətrafında 50-nin üzərində istehkam vardır, yəni dövrün qalası. Bir şəhər 50 qala ilə qorunur mu? Demək ki qorunan sadəcə bir vilayət deyil, bütün bir Anadolu və paytaxtdır, vətəndir. Bu halda Ərzurumun qurtuluşu hər hansı bir şəhərin, rayonun düşmən işğalından qurtuluşu kimi istifadə dəyərləndirilməməli. Elə bu səbəbdən Ərzurum vətəndir - deyirik. Ərzurum Anadolunun şərqdəki can boğazıdır.

Bizim "Türk eli dediyimiz Qafqazın Anadoluya bağlandığı əldir Ərzurum. Bu əl 1916-cı ildə yerə düşdüyü zaman Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bu əli tutub qaldırmışdır. Ərzuruma ərzaq və insan yardımı daşıyan cəmiyyətin heyət sədri Gəncəli Seyidov Ərzurumda ermənilər tərəfindən şəhid edilmişdir. Azərbaycan ilə bizim yalnız 100-müz özümüz yox, qanımız canımız da, sazımız, avazımız da, taleyimiz də birdir. Bu il tədbirlər bu baxımdan əzbəri pozan tədbirlər olacaqdır. 12 Mart ilk dəfə belə qeyd olunacaq, bundan əlaqədar olaraq, Ərzurum böyükşəhər Bələdiyyə sədri Cənab Mehmet Sekmenə təşəkkür edirik. Tarix 100-cü ili, tədbirlərini, Cənab Mehmet Sekmeni yaxın gələcəkdə yazacaq".

Eko Avrasiya Dərnəyinin Sədri Hikmet Eren: "Türkiyə İlə Azərbaycan yüksək səviyyəli strateji əməkdaşlıq içərisindədir.” "Ortaq tarixi və keçmişi olan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hər sahədə "Qızıl Dövrünü” yaşayır. Prezidentlərimizin həmsədrliyi ilə "Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Konseyi"-nin yaranması və toplantıların ardıcıl şəkildə həyata keçirilməsi əlaqələrimizin daha sağlam bir zəmində getməsini təmin etmişdir. Dünyada ikinci bir örnəyi olmayan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin, başda enerji sahəsində olmaq üzrə bir çox sahədə mərhələli şəkildə irəliləmiş olmasının qürurunu yaşayırıq. Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsi regional əməkdaşlıq imkanlarımızın ən yüksək səviyyədə istifadə edildiyinin bir nişanəsidir. Azərbaycan və Türkiyə arasında beş əsrdə əldə edilmiş uğur və birləşmə, sarsılmaz olan qardaşlıq əlaqəmizin sanki bir dəmir halqaları deməkdir. Bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq bağı daha da, möhkəmlənəcək və yüksələn xətlə inkişaf etməyə davam edəcəkdir. Bizlər də mövcud olan bu əlaqələrə töhfə vermək məqsədilə etmiş olduğumuz missiya adına fəaliyyətlər icra etmək üzrə hal-hazırda Ərzurumda olmaqdayıq".

EkoAvrasya sədri Hikmet Eren eyni zamanda, Məmməd Əmin Rəsulzadenin "Bir kərə yüksələn bayraq, bir daha enməz”, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət”, Azərbaycan Cümhuriyyəti prezidenti İlham Əliyevin "Türkiyə ve Azərbaycan bir-birinin yanındadır” şüarlarını səsləndirib.

Azərbaycan Millət Vəkili Qənirə Paşayeva da Azərbaycan ilə Anadolu Türklərini bir-birindən ayırmadığını bildirib. Tarixə nəzər saldıqda Ərzurumun Türklərin önəmli qalası mövqeyində olduğunu dilə gətirən Paşayeva hər iki milli himnimizi bərabər oxumayan adamlar buraya gəlməsin, deyə bildirib: "Biz hər zaman bir millət, iki dövlət deyirik, demək ki, bu himnin ikisi də bizim himnimizdir. Hər iki himni bizlər sevə-sevə və ürəkdən oxuyamalıyıq. Çünki bu musiqilərimizin ikisi də mürəkkəblə deyil, on minlərlə şəhidimizin qanı ilə yazılmışdır".

Paşayeva, "Zeytun budağı" əməliyyatında mübarizə edən əsgərlərə də salam göndərərək, şəhidlərə Allahdan rəhmət, qazilərə təcili şəfa diləyib. 

Rəsulzadənin bəhs etdiyi bayrağın, Azərbaycan türklərinin azadlığını və azadlığının nişanı olaraq hələ də sərbəst dalğalandığını ifadə edən Erzurum valisi Seyfeddin Ezizoğlu fikrini belə ifadə edib: "Çox böyük oyunlarla üzləşirik. Dünyanın bütün orduları, tankları, təyyarələri, gəmiləri ilə birlikdə üstümüzə gəlsələr, bütün məzlum millətlərin yeganə istinatgah-ı olan Türkiyə Cümhuriyyəti Dövlətini və bu böyük əziz Türk millətini heç bir müstəvli əsir edə bilməz, bunu bütün dünya belə bilsin."

Ərzurum Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmen də, Bakıya Ankaradan daha yaxın olduqlarını ifadə edərək, iki ölkə arasındakı tarixi və mədəni əlaqələrin əhəmiyyətinə işarə etdi. Sekmen, iki ölkə arasındakı əlaqələrin, dostluq davamı üçün səy göstərən hər kəsə təşəkkür edib.

Ülkər Piriyevanın aparıcılığı ilə keçirilmiş "100-müz Özümüz Bir” adlı Cümhuriyyət mərasimində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçirdiyi ağır və şərəfli yol, o cümlədən süqutu, onun nəticələri, həmçinin 1918-ci ildə erməni işğalından azad edilənə qədər erməni silahlılarının Ərzurum bölgəsində dinc əhaliyə divan tutması barədə ətraflı məlumat verilib.

Sonda Ərzurumun mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmöası xüsusunda, Türkiyə və Azərbaycan tarixi qardaşlığına etmiş olduqları qatqılardan dolayı EkoAvrasya dərnəyi tərəfindən Ərzurum Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmenə, Ərzurum valisi Seyfeddin Ezizoğluna, Azerbaycan Cümhuriyyeti Ankara səfirliyinə "Avrasiya Xidmət Nişanı” təqdim edilib.

Ülkər Piriyeva

Ankara


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA