"Ərizə yazamasalar da, İlqar Məmmədovla Əli İnsanovun adı siyahıya salınıb" - Hüquq müdafiəçisi

img

11-03-2018 [16:08]


"Hazırladığımız siyahını da Əfv Komissiyasına təqdim etmişik".

Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

"Əfv Komissiyası da bununla bağlı işlərini davam etdirir. Əfv sərəncamınnın Novruz bayramından əvvəl və ya sonra imzalanacağını dəqiq deyə bilmərəm. Bunun ən dəqiqini prezident bilir. Və lazım olan vaxtda da sərəncamı imzalayacaq. Bir sıra tanınmış məhbusların çoxu əfv olunması ilə bağlı müraciət edib. Ərizə yazamasalar da, biz İlqar Məmmədovun, Əli İnsanovun adını siyahımıza salmışıq. O cümlədən, siyahıda jurnalistlər, gənc fəallar da var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA