“Fəvvarələr meydanı”nda bir qrup şəxs icazəsiz aksiyaya cəhd edib - FOTO

img

10-03-2018 [17:54]


Bu gün bir qrup şəxs Bakının Səbail rayonunda, "Fəvvarələr meydanı”nda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

"Report”un xəbərinə görə, polis aksiyaya müdaxilə edib, razılaşdırılmamış aksiyanın qarşısı alınıb.

Aksiyaya cəhd edənlərin Gələcək Azərbaycan Partiyasının (dövlət qeydiyyatından keçməmiş partiyadır) üzvləri olduğu bildirilir.

Xatırladaq ki, bu gün Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış birgə mitinq keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA