ATƏT-dən növbəti Qarabağ açıqlaması: "Münaqişənin nizama salınması..."

img

09-03-2018 [14:08]


"ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir."

Bu barədə təşkilatın fəaliyyətdə olan sədri, İtaliya XİN başçısı Ancelino Alfano Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib.

O bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməyə davam edəcəyik.

Onun sözlərinə görə, ATƏT bu il əsas diqqətini Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstan münaqişəsi daxil olmaqla, uzanan münaqişələrin həllinə yönəldəcək.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il sədrlik edir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA