"Hansısa namizəd bu cür əməllərə əl atırsa..." - Məzahir Pənahovdan xəbərdarlıq

img

07-03-2018 [11:44]


"Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar".

Bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib. 

O bildirib ki, bu, qanun pozuntusudur: "Ola bilər ki, bunu özləri etməsinlər, başqaları, əsasən də onları gözdən salmaq istəyən şəxslər edirlər. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirirlər”.

Qeyd edək ki, Azərbaycanda president seçkiləri aprelin 11-nə təyin edilib.

 Seçkiqabağı təşviqat isə martın 19-da başlayır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA