06-03-2018 [15:50]
Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına 3-cü yol çəkəcək.
Ermənistan KİV-nin məlumatına görə, tikinti işləri Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək. Tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək.
Bundan başqa isə Dağlıq Qarabağla Ermənistanı birləşdirən daha 2 yol da var. Bunlar Gorus-Xankəndi və Vardenis-Ağdərə yollarıdır.
Ermənistan yeni təxribata əl ataraq əlavə koridorlar yaradır, bu isə danışıqlarda da düyün nöqtəsinə çevrilir. Keçmiş xarici işlər naziri, politoloq Tofiq ZülfüqarovModern.az-a açıqlamasında deyib ki, Ermənistan işğal olunmuş ərazilərdə tikinti işlərini aparmaqla, işğalın ikinci mərhələsinə start verib.
"İşğal etdikləri ərazini birləşdirməklə məşğuldurlar”
"İndi də işğalın ikinci hissəsinə start verilib. Yol çəkmək, tikinti işləri aparmaq, müəyyən yerləri abadlaşdırmaq, insanları orada yerləşdirmək belə faktların təzahürüdür. Bu baxımdan yeni bir şey deyil. Ermənistan torpaqları işğala məruz qoymaqla "bu, mənim torpağımdır” deyir. Artıq Ermənistan bu statusu əldə edib. Bu cür yol çəkməklə onu göstərməyə çalışır ki, baxın, işğal etdiyim torpaqları birləşdirməklə məşğulam. Ona görə də Ermənistanın siyasəti göz önündədir. Bu işləri kommersiya siyasətinin bir hissəsi kimi qiymətləndirmək olar. Bu, yeni bir şey deyil. Tutaq ki, gedib həmsədrlərə başa salsaq ki, bunlar belə işlər həyata keçirir, nəsə dəyişməyəcək. Çünki işğalçı dövlət öz siyasətini bəyan edib”.
O zaman həmsədrlər hara baxır?!
Eks-nazir deyir ki, həmsədrlərin fəaliyyəti sual altındadır. "Təbii, burada Azərbaycanın ərazi bütövlüyü kobud şəkildə pozulur. Həmsədrlərin fəaliyyəti indi sual altındadır. Bunlar nə iş görürlər?! Onlara verilən mandat bundan ibarətdir ki, Dağlıq Qarabağın siyasi statusu üçün konfransa şəraiti düzəltsinlər. 1992-ci ildə Minsk konfransı çağrılmalı idi. Ondan sonra işğallar başlayır və bu zamandan Minsk konfransını açmaq mümkün deyil.
Bu vəziyyətdə Minsk qrupunun həmsədrləri işğal faktını aradan götürüb şərait yaratmalı idilər ki, didərgin düşmüş insanlar öz evlərinə qayıtsın. Konfrans bu şəraitdə başlamalı idi. Ona görə də onların vəzifəsi bundan ibarət idi. Bundan artıq vəzifələri yoxdur. Amma görürük ki, bu illər ərzində onlar heç bir iş görməyiblər. Nə imkan yaradıblar ki, işğal altındakı torpaqları azad edək, nə də işğalçıya təzyiq göstəriblər”.
Bizi narahat edən pozulmuş ərazi bütövlüyümüzdür. Danışıqlar yolu ilə nəsə əldə etmək olar?! Təcrübə göstərir ki, olmaz. İşğalçı tərəfə təzyiq göstərilir?! Göstərilmir. Yeganə yolu həmsədrlər gətirib ora çıxarırlar ki, silahla alınan torpaqları elə silahla da geri qaytarmaq lazımdır”.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR