“Seçkilərdən sonra Qarabağ danışıqları intensivləşdiriləcək” - Məmmədyarovdan mesaj

img

05-03-2018 [15:10]


"Seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi intensivləşdiriləcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Nasser Bourita ilə görüşünün yekununda mətbuat konfransı zamanıdeyib.

"Prezidentin tapşırığından və Krakovda həmsədrlərlə görüşdən sonra prezident seçkilərinin ardından danışıqlar prosesini intensivləşdirmək qərarına gəldik", - E.Məmmədyarov bildirib.

O həmçinin qeyd edib ki, görüşdə mərakeşli həmkarınaDağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA