"Təcili və təxirəsalınmaz tədbirlər görülməlidir" - ADP yanğınla bağlı bəyanat verdi

img

02-03-2018 [18:42]


ADP Bakı şəhər Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı bəyanat qəbul edib. 

Mia.az -a daxil olan bəyanatda deyilir: ADP Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 30 nəfərədək insanın həlak olmasından dərin sarsıntı keçirdiyini ifadə edir, baş vermiş hadisə nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ADP faciəli hadisənin seçki marafonu ərəfəsində baş verməsindən bir daha narahatlığını ifadə edərək faciəli hadisənin obyektiv şəkildə araşdırılmasının tərəfdarı olduğunu qeyd edib və hüquq mühafizə orqanlarını baş verən yanğının səbəblərinin ətraflı təhqiq edilməsi, günahkar şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görməyə və bu barədə xalqa ətraflı məlumat verməyə çağırıb.

ADP həmçinin hakimiyyət orqanlarını baş vermiş faciədə həlak olanların və xəsarət alanların ailələrinin ağır durumdan çıxarılması üçün maddi yardımlar etməyə və onlara mənəvi-psixoloji dəstək olmağa çağırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA